Xəbər agentliyi   fəaliyyətini dayandırdı
02 noyabr 2022 21:19 (UTC +04:00)

Xəbər agentliyi fəaliyyətini dayandırdı

Rusiyanın “Regnum” xəbər agentliyi fəaliyyətini dayandırıb.

Lent.az xəbər verir ki, bu barədə agentlik “Telegram” kanalında məlumat yayıb.

“Hörmətli oxucular! “Regnum” informasiya agentliyinin sahibi idarə heyətini heç bir səbəb olmadan dəyişib. Vəziyyət aydınlaşana qədər agentlik fəaliyyətini dayandırır”, -  baş redaktor Modest Kolerov açıqlamasında bildirib.

Hazırda agentliyin saytına daxil olarkən yayımın dayandırılması barədə yazı əks olunur.

Xatırladaq ki, Modest Kolerov “Regnum” agentliyinin həmtəsisçisi və baş redaktorudur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2556
avatar

Oxşar yazılar