Venesuelada baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı artmaqda davam edir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, son rəsmi rəqəmlərə görə, ölənlərin sayı 164-ə, yaralıların sayı isə 971-ə çatıb.
***
09:28
Venesuelada baş verən güclü zəlzələlər nəticəsində 32 nəfər ölüb, 700-dən çox insan xəsarət alıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına görə, ardıcıl olaraq 7,2 və 7,5 bal gücündə iki zəlzələ qeydə alınıb. Yeraltı təkanların episentri Moron şəhərindən 16 kilometr, San Felipe şəhərindən isə 24 kilometr məsafədə yerləşib.
Hazırda dağıntılar altında qalan insanların axtarışı davam edir, xilasedicilər və təcili yardım briqadaları ən çox zərər görən bölgələrdə fəaliyyət göstərirlər.