Hadisə Lüksemburqda baş verib.
Lent.az-ın xəbərinə görə, Obanq komunasında bu gecə bir fərdi yaşayış evinə 2 oğru girib.
Onlar evə tək qalmış 2 azyaşlını qorxutmaq istəsələr də məqsədlərinə çata bilməyiblər. 10-12 yaşlarında olan 2 uşaq elə qışqırıb ki, oğrular pəncərədən çıxıb qaçmağa məcbur olublar. Özləri ilə heç nə apara bilməyən bacarıqsız oğruları indi polis axtarır.