ABŞ-ın Pensilvaniya ştatının “Allentown” şəhərindəki uşaq bağçasında dəm qazı sızması nəticəsində əksəriyyəti uşaq olmaqla ən azı 26 nəfər xəstəxanaya aparılıb.
Lent.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Ərazidə havada dəm qazının yüksək konsentrasiyası qeydə alınıb.
Xilasedicilər qrupu 25 uşaq və 8 işçini təxliyə edib.
Valideynlər bir neçə şagirdi götürsə də qalanları xəstəxanaya təxliyə olunub.
Xəstəxanaya yerləşdirilənlərin vəziyyəti stabil qiymətləndirilir.