Rusiya hərbçiləri yüksək dəqiqlikli havadan buraxılan raketlərdən istifadə edərək, xarici muzdluların da yerləşdiyi Jitomir vilayətində Ukrayna Silahlı Qüvvələrinin xüsusi əməliyyat qüvvələrinin təlim mərkəzini məhv ediblər.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, baza Ovruç qəsəbəsi yaxınlığında yerləşirdi.
Zərbə nəticəsində bu ölkə ərazisinə başqa ölkələrdən gələn 100-dən çox Ukrayna hərbçisi və muzdlusu məhv edilib.