Ukraynada prezident seçkiləri yalnız hərbi əməliyyatlar başa çatandan sonra keçirilə bilər.
Lent.az-ın “Strana.ua”-ya istinadən verdiyi xəbərə görə, bunu hakim Xalqın Xidmətçisi Partiyasının sədri Yelena Şulyak bildirib.
Yelena Şulyak deyib ki, hazırda deputatlar qanunvericiliyə müharibədən sonra ilk seçkilərin keçirilməsinə dair dəyişiklik hazırlayırlar.