Adananın Seyhan rayonunda silahlı hücum nəticəsində 4 nəfər yaralanıb.
Lent.az “TRT Haber”ə istinadla xəbər verir ki, parkda oturan şəxslərə naməlum motosikletçilər silahlı hücum ediblər. Hadisə nəticəsində 4 nəfər güllə yarası alıb. Onlardan ikisinin vəziyyəti ağırdır. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım cəlb edilib. Yaralılar xəstəxanalara çatdırılıb.
Polis hadisəni törədənlərin axtarışına başlayıb.