Türkiyənin şimal rayonlarında sel fəlakətindən ölənlərin sayı 17-yə yüksəlib.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, sel fəlakətindən Kastamonu vilayətində 15, Sinopda 2 nəfər sel fəlakətini qurbanı olub.
Bartında itkin düşən bir nəfərin isə axtarışları davam edir.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kastamonu, Sinop və Bartında sel fəlakətindən həyatını itirənlərə Allahdan rəhmət diləyib, yaxınlarına başsağlığı verib. Ərdoğan bildirib ki, selin dağıntı yaratdığı ərazilərdə Türkiyənin aidiyyəti dövlət qurumları fasiləsiz fəaliyyətlərini davam etdirməkdədirlər.
***
18:10
Türkiyənin şimal rayonlarında sel fəlakətində ölənlərin sayı 11-ə yüksəlib.
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bu barədə məlumat yayıb.
Bildirilib ki, sel sularından Kastamonu vilayətində 8 nəfər, 2 nəfər isə sürüşmə zamanı həyatını itirib. Sinopda bir nəfər sel fəlakətinin qurbanı olub.
Bartında itkin düşən bir nəfərin isə axtarışları davam edir.
***
16:31
Türkiyənin Kastamonu vilayətində sel fəlakətində ölənlərin sayı artıb.
APA-nın yerli bürosunun Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən xəbərinə görə, fəlakətdə ölənlərin sayı 9-a çatıb. Bartında itkin düşən bir nəfərin isə axtarışları davam edir.
***
12:41
Türkiyənin Kastamonu bölgəsində sel və daşqınlar nəticəsində ölənlərin sayı artıb.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, sel sularında 4 nəfər həyatını itirib, bir nəfər isə itkin düşüb.
Şiddətli yağışlar şəhərdə həyatı iflic edib. Yaşayış və iş yerləri tamamilə su altında qalıb.
Əraziyə 2 helikopter, 7 təcili yardım, çox sayda xilasedici və polis briqadaları cəlb olunub.
Sevinc Fərid