Türkiyənin şimalında baş verən daşqınlar nəticəsində ölənlərin sayı 64-ə çatıb.
APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
“Sel 64 vətəndaşımızın ölümünə səbəb oldu (Kastamonuda 54, Sinopda 9, Bartında 1 nəfər)”, - deyə qurumdan verilən açıqlamada qeyd olunub.
Həmçinin sel fəalkətində itkin düşən 77 nəfərin axtarışları, 8 nəfərin isə xəstəxana şəraitində müalicələri davam etdirilir.
Bundan əvvəl 62 nəfərin təbii fəlakət qurbanı olduğunu bildirilmişdi.