Türkiyədə sel fəlakəti nəticəsində Kastamonuda 32, Sinopda 6 nəfər həyatını itirib.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca şəxsi "Twitter" səhifəsində yazıb.
Nazir selin təsirinə məruz qalan Sinop vilayətinin Ayancık rayonundakı dövlət xəstəxanasından 56 xəstənin Sinop şəhər xəstəxanasına köçürüldüyünü qeyd edib. Kastamonuda isə 228 nəfar selin təsirinə məruz qaldığını, hazırda onlardan 12-nin xəstəxana şəraitində müalicə olunduğunu bildirib.
***
Saat 20:51
Türkiyənin şimal rayonlarında sel fəlakəti nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bu barədə məlumat yayıb.
Bildirilib ki, sel fəlakətindən Kastamonu vilayətində 29, Sinopda 2 nəfər sel fəlakətinin qurbanı olub.
Bartında itkin düşən bir nəfərin isə axtarışları davam edir.