Türkiyədə Bolu bölgəsində yerləşən Kartalkaya xizəkçilik mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 79-a çatıb.
Lent.az xəbər verir ki, bu haqda Türkiyə mətbuatına məlumat yayılıb.
Qeyd edək ki, Kartalkaya xizək mərkəzində 238 nəfərin qaldığı Grand Kartal oteldə saat 03.30 radələrində yanğın baş verib.
12 mərtəbəli oteldə baş verən yanğın zamanı bəzi müştərilər təşviş içində özünü pəncərədən atıb.
Yanğın 51 nəfərin yaralanması ilə nəticələnib.