Türkiyədə müdafiə sənayesində YENİLİK : F-16 qırıcı təyyarələrinin...
31 yanvar 2021 15:32 (UTC +04:00)

Türkiyədə müdafiə sənayesində YENİLİK: F-16 qırıcı təyyarələrinin...

Türkiyə özünün havadan müdafiə sənayesində əsas qüvvəsi olan F-16 təyyarələrinin struktur müddətini 12 min saata qədər artırır.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi  İdarəsinin rəhbəri İsmail Dəmir Twitter səhifəsindən etdiyi paylaşımda bu barədə bildirib:

“Hər təyyarədə 1200-1500 ədəd struktur hissənin yenilənməsi və düzəldilməsi üçün mühəndislik işləri aparılır. Lazım olan yerlərdə təmir və dəyişdirmə yolu ilə gövdə möhkəmlətmə tətbiqləri də həyata keçiriləcək”.

İsmail Dəmir bildirib ki, bu layihə Türkiyə Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən icra olunur: “Layihədə havadan  müdafiə sənayesində əsas qüvvəmiz olan n F-16 təyyarələrinin struktur müddətini 8 min saatdan 12 min saata qədər artırmaq da hədəfimizdir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4116
avatar

Oxşar yazılar