Türkiyənin milli güləşçisi Taha Akgül Kahraman Maraşda 30 - 40 güləşçinin dağıntılar altında qalması barədə xəbər yayıb.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, güləşçi idman klubunun zəlzələ nəticəsində dağılması, həmin an içəridə ən az 30-40 nəfərin olması barədə məlumat verərək, kömək istəyib.
“İdmançılarımız dağıntılar altında qalıb. Təcili yardım istəyirik. Allah hamıya kömək olsun”,- deyə o sosial şəbəkə hesabında paylaşıb.