ABŞ prezidenti Donald Tramp bildirib ki, Tehranla razılaşma əldə olunmazsa, ABŞ İrana qarşı hücumları yenilənmiş güclə davam etdirəcək.
Lent.az xəbər verir ki, o, bu barədə “Axios”a müsahibəsi zamanı danışıb.
"Biz razılaşma istəyirik. Onlar hazırda olmaq istədiyimiz yerdə deyillər. Onlar ora çatmalı olacaqlar, əks halda onlara ağır zərbə vurulacaq və biz bunu istəmirik", - Tramp deyib.
O əlavə edib ki, əgər Tehran Vaşinqton üçün məqbul olan yeni bir təklif təqdim etməsə, İran əvvəlkindən daha ağır zərbə alacaq.