Tramp Ankaradan gizli şəkildə hərbi təyyarə ilə qaçırılıb - Maraqlı iddia
11 avqust 2026 07:04 (UTC +04:00)

Tramp Ankaradan gizli şəkildə hərbi təyyarə ilə qaçırılıb - Maraqlı iddia

0

ABŞ xüsusi xidmət orqanlarının İran tərəfdarı qrupların mümkün sui-qəsd təhdidi səbəbindən Donald Trampı Ankaradan gizli şəkildə başqa təyyarəyə keçirdiyi iddia olunur.

Lent.az xəbər verir ki, “Washington Post”un yazdığına görə, Tramp əvvəlcə kameralar qarşısında köhnə “Air Force One” təyyarəsinə minib, lakin bir neçə dəqiqə sonra aeroportda ərzaq və təchizat daşınması üçün istifadə olunan yük maşını vasitəsilə gizlicə daha kiçik C-32A hərbi təyyarəsinə keçirilib.

Qəzetin məlumatına görə, Tramp və ABŞ-ın müharibə naziri Pit Heqset bu təyyarə ilə Britaniyaya uçublar. Təyyarənin transponderləri söndürülüb və uçuş “Reach 18” adlı hərbi çağırış kodu ilə həyata keçirilib. Tramp Böyük Britaniyadakı Mildenhall aviabazasına çatdıqdan sonra yenidən əsas təyyarəyə keçib və jurnalistlərin qarşısına çıxıb.

ABŞ administrasiyası əvvəlcə uçuş zamanı hər hansı dəyişiklik olmadığını açıqlamışdı. Qəzet isə Trampın İran tərəfindən mümkün sui-qəsd təhlükəsi ilə üzləşdiyi barədə məlumatların bu gizli əməliyyata səbəb ola biləcəyini yazır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 106

Oxşar yazılar