Hadisə Brüsseldə baş verib.
Lent.az xəbər verir ki, şəhərətrafı kiçik mağazalardan birinə gorən silahlı şəxs kassadakı pulları tələb edib. Mağazanın sahibi kassadakı 110 dolları verdikdə silahlı şəxs onları təhdid edib.
Lakin mağaza sahibi kiçik dükanların vəziyyətinin ağır olduğunu, böyük marketlərlə rəqabət apara bilmədiyini dedikdə silahlı şəxs pulu qaytarıb və üzr istəyərək uzaqlaşıb.