Yunanıstanda küçədə tibbi maska taxmadığına görə insanları cərimələyən polis cəzalandırılıb.
Lent.az-ın məlumatına görə bu barədə Yunanıstan Vətəndaşlarının Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, xidmət zamanı polisin özü də maskadan istifadə etməyib. Bu səbəbdən polis 300 avro cərimə ödəyəcək.
Bundan başqa, sözügedən polis əməkdaşının digər xidmət sahəsinə keçirilməsi barədə qərar verilib.
Qeyd edək ki, son günlər Yunanıstanda sutkalıq koronavirusa yoluxma hallarının sayı artmaqdadır. Ötən gün 28 828 yeni yoluxma hadisəsi qeydə alınıb. Ümumilikdə isə yoluxma sayı 11 milyona yüksəlib.
Yunanıstanın səhiyyə naziri Tanos Pleuris bu gün sutkalıq yoluxma sayında antirekordun olacağının təxmin edildiyini açıqlayıb.