PKK terror təşkilatının rəhbərliyindəki şəxslərdən daha biri zərərsizləşdirilib.
Lent.az-ın xəbərinə görə, bu barədə Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) məlumat yayıb.
Suriyada terror törətməyi planlaşdıran terrorçu qrupların İraqdan Suriyaya keçirilməsinə məsul olan “Doğan” kod adlı Kadri Encu İraqın şimalında Gara bölgəsində zərərsizləşdirilib.