Cənubi Koreyada tələbələr hökuməti məhkəməyə şikayət ediblər.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Cənubi Koreyalı tələbələr kolleclərə qəbul imtahanlarının 90 saniyə tez bitməsinə görə hökuməti məhkəməyə verirlər.
Ölkənin sunin kimi tanınan kollec qəbul imtahanı abituriyentlərin bir neçə fəndən testlər verdiyi səkkiz saatlıq marafondur. Bu imtahan dünyanın ən çətin imtahanlarından biri hesab olunur və onu keçmək çox çətindir.
Nəinki universitetə qəbul və gələcək karyera bu imatahanın nəticəsindən asılıdır. Dekabrın 19-da ən azı 39 tələbə tərəfindən qaldırılan iddiada koreya dili imtahanının ilk fənni zamanı zəngin vaxtından daha tez çalındığı iddia edilir.
Tələbələrin etirazına baxmayaraq, onların cavab vərəqləri yenə də rəhbərlik tərəfindən götürülüb. Müəllimlər növbəti imtahan başlamazdan əvvəl səhvini etiraf ediblər və nahar fasiləsində tələbələrə 1,5 dəqiqə vaxt veriblər.
Hazırda tələbələrin hər biri 20 milyon von (təxminən 15,400 ABŞ dolları) təzminat tələb edir ki, bu da bir illik kollec təhsilinin dəyəridir.