Tehranda sirenlərin işə düşməsinin səbəbi açıqlandı
30 yanvar 2021 08:25 (UTC +04:00)

Tehranda sirenlərin işə düşməsinin səbəbi açıqlandı

Təşkilatlardan birinin sistemində yaranmış nasazlıq Tehranın qərb hissəsində həyəcan sirenlərinin işə düşməsinə səbəb olub.

APA xəbər verir ki, bu barədə İranın “ISNA” agentliyi Tehran vilayətinin rəhbərliyinə istinadən məlumat yayıb.

Agentlik bildirir ki, nasazlıqdan sonra həyəcan sireni dayanıb. Təşkilatın adı isə hələlik açıqlanmır.

Eyni zamanda, Tehran vilayətinin fövqəladə hallar departamentinin rəhbəri Mənsur Daracati “sirenin güclü yağışdan sonra həyəcan elanı sisteminə suyun sızması səbəbindən işə düşdüyünü” açıqlayıb.

Qeyd edək ki, bundan bir qədər əvvəl “Jamaran” agentliyi Tehranın qərb rayonlarında həyəcan siqnallarının eşidilməsi barədə xəbər yaymışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3960
avatar

Oxşar yazılar