Təbrizli qadın  vəkil həbs edildi - FOTO
01 noyabr 2022 20:48 (UTC +04:00)

Təbrizli qadın vəkil həbs edildi - FOTO

Şərqi Azərbaycan Vəkillər Birliyinin üzvü, təbrizli vəkil Negin Kəyani həbs olunub.

Lent.az “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, azərbaycanlı vəkilin iki həftə bundan öncə saxlanılmasına baxmayaraq, həbsi barədə xəbər oktyabrın 31-i gecə saatlarında yayılıb.

Onun tutulmasına səbəb Təbrizdə keçirilən etirazlara qatıldıqları üçün həbs edilənlərin müdafiəçisi və vəkili kimi fəaliyyət göstərməsi olub.

Digər azərbaycanlı vəkil Cəfər Əfşarniya özünün sosial media hesabında etdiyi paylaşımda Negin Kəyaninin nədə ittiham olunduğu barədə rəsmi iddia irəli sürülmədiyini və qeyri-müəyyən vəziyyətdə saxlanıldığını yazıb.

Qeyd edək ki, oktyabrın 15-də Güney azərbaycanlı vəkillər Qasım Bodi, Sina Yusifi və Əmir Mehdipur da saxlanılıblar.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2481
avatar

Sevinc Fərid

Oxşar yazılar