Braziliyanın Petropolis bələdiyyəsində (Rio de Janeyro ştatı) güclü yağış nəticəsində baş verən daşqınlar və torpaq sürüşmələri 136 nəfərin ölümünə səbəb olub.
Lent.az xəbər verir ki, bu barədə xilasetmə xidmətlərinə istinadən "Globo" telekanalı məlumat verib.
Hazırkı dövrədək xilasedicilər dağıntılar altından sağ qalan 24 nəfəri çıxara bilib, polisə 216 nəfərin itkin düşməsi barədə məlumat daxil olub, lakin hüquq-mühafizə orqanları onların xilas edilənlər və həlak olanlar arasında olub-olmadığını hələ bilmirlər.
Bildirilir ki, axtarış işlərində 500 xilasedici, 200 polis əməkdaşı, o cümlədən hərbçilər və könüllülər iştirak edir.