Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladze xəstəxanaya yerləşdirilib.
APA “RİA Novosti”yə istinadən bu barədə er özünün “Facebook” səhifəsində yazıb.
K.Kaladzenin sözlərinə görə, həkimlər onda vertebro-bazilyar sindromu (baş beyinin qan dövranının pozulması) aşkar ediblər və buna görə də klinikada tibbi müayinədən keçir.
“Dostlar, çox sayda bildirişlər alıram, tanışlarım və tanımadığım şəxslər mənə yazaraq soruşurlar ki, niyə aktiv şəkildə görünmürəm. Məndə vertebro-bazilyar sindromu və vestibulopatiya diaqnozunun təsdiqlədiyini bildirməyi özümə borc bilirəm, buna görə də klinikaların birində tibbi müayinədən keçirəm”, - deyə Kaladze Facebook səhifəsində yazıb.
Kaladze klinikada olmasına baxmayaraq, məsafədən işləməkdə davam etdiyini bildirib.