Radikal “Taliban” hərəkatı tez bir zamanda Kabildəki prezident sarayından Əfqanıstan İslam Əmirliyinin yaradıldığını elan edəcək.
Lent.az xəbər verir ki, bu barədə “Associated Press” hərəkatın nümayəndəsinə istinadən məlumat yayıb.
Bundan əvvəl “Al Arabiya” telekanalı “Taliban”a istinadən xəbər vermişdi ki, yaraqlılar Əfqanıstanın paytaxtındakı prezident sarayını ələ keçiriblər.