Şimali Koreya yenə raket sınağı həyata keçirdi
25 mart 2021 07:03 (UTC +04:00)

Şimali Koreya yenə raket sınağı həyata keçirdi

KXDR iki raket atışı həyata keçirib. Bu raket sınağı Yaponiya üçün heç bir təhlükə daşımır.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiya hökuməti məlumat yayıb.

Məlumatı Yaponiyanın Baş naziri Yosixide Suqa da təsdiqləyib. Baş nazir bildirib ki, Pxenyanın həyata keçirdiyi raket atışları bölgənin və Yaponiyanın təhlükəsizliyi üçün təhdiddir, həmçinin BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur. Məlumata görə, böyük ehtimal olaraq söhbət ballistik raketdən gedir.

Qeyd olunur ki, raketin trayektoriyası Yaponiya üzərindən keçmir. Yaponiyanın “NHK” telekanalının Müdafiə Nazirliyindəki mənbəyə istinadən verdiyi xəbərə görə, raket Yaponiyanın eksklüziv iqtisadi zonası xaricində Yapon dənizinə düşüb.

Bununla bağlı sahil mühafizə xidməti Yapon dənizindəki balıqçı gəmilərinə xüsusi xəbərdarlıq edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1197
avatar

Oxşar yazılar