KXDR Yapon dənizi istiqamətində 3 ballistik raket atıb.
Lent.az xəbər verir ki, bu barədə Yonhap agentliyi hərbi mənbələrə istinadla məlumat yayıb.
Raketlərdən biri Cənubi Koreyanın Soçko-Ryonhan şəhərindən 57 km aralıya düşüb. Digər raket Ullındo adasından aralıda dənizə düşüb. Adada həyəcan siqnalı işə düşüb.