İngiltərə mətbuatında Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko ilə bağlı dərc olunan xəbər qalmaqala səbəb olub.
Lent.az "oxu.az"a istinadən xəbər verir ki, belə ki, "The Sun" nəşri Andrey Şevçenkonun GQ jurnalı üçün 2003-cü ildə hazırkı həyat yoldaşı Kristen Paziklə birlikdə çəkdirdiyi açıq-saçıq fotoları yenidən gündəmə gətirib.
İngiltərə və Ukrayna millilərinin Avro-2020-nin 1/4 final mərhələsi çərçivəsində keçiriləcək qarşılaşması ərəfəsində bu cür materialın dərc olunması sosial şəbəkədə kəskin tənqid olunub.