Sərxoş prokuror taksi sürücüsünü döydü, işdən qovuldu  - VİDEO
11 sentyabr 2021 07:38 (UTC +04:00)

Sərxoş prokuror taksi sürücüsünü döydü, işdən qovuldu - VİDEO

Moskva şəhərində sərxoş vəziyyətdə olan prokuror köməkçisi taksi sürücüsünü döyüb və sürücünü yanlış yerdə dayanmaq istəmədiyi üçün onu qisas almaqla hədələyib. 

Lent.az "qaynarinfo"ya istinadən xəbər verir ki, taksi sürücüsü Qaribaldi küçəsində ona zəng edən şəxsi götürməyə gəlib.

Həmin yerdə dayanmaq qadağan olunduğu üçün sürücü avtomobili 30 metr irəlidə saxlayıb. Bir müddət sonra üç sərxoş kişi maşına yaxınlaşıb. Onlardan biri Çeryomuşkinsk rayonlararası prokurorluğunun köməkçisi Salan Nosonov olub. Sürücünün bu addımından qəzəblənən Nosonov onu döyərək daha betər əzişdirəcəyi ilə hədələyib.

# 2283
avatar

Oxşar yazılar