Oktyabrın 27-də səhər Moskva-Soçi reysində kuryoz hadisə baş verib.
Lent.az-ın yerli KİV-ə istinadla verdiyi xəbərə görə, təyyarə Soçiyə enəndən sonra stüardessalar sərnişinlərdən göyərtəsini tərk etməmələrini tələb edib. Məlumata görə, buna səbəb təyyarədə biznes klassdan bir odeyalın yoxa çıxması olub.
Təyyarəyə polis çağıran heyət bir-bir sərnişinlərin çantalarını yoxlayıb. Nəticədə sərnişinlər 2 saat təyyarədə qalıb. Ən maraqlısı odur ki, odeyal tapılmayıb.
Təyyarədə yoxlama anı