İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Bəhreyn, Küveyt və İordaniyadakı hərbi obyektlərinə raket zərbələri endirdiyini bəyan edib.
Lent.az xəbər verir ki, bu barədə Fars və IRNA agentlikləri məlumat yayıb.
SEPAH-ın açıqlamasına görə, Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının bazasında idarəetmə mərkəzi, ehtiyat hissələri və hərbi texnika anbarları, həmçinin yanacaq rezervuarları vurulub.
Bəyanatda, həmçinin Küveytin Mina-Abdulla bölgəsində yerləşən ABŞ Silahlı Qüvvələrinin logistika və təminat mərkəzinin raket zərbəsi nəticəsində məhv edildiyi iddia olunub.
SEPAH əlavə edib ki, İordaniyadakı Əl-Əzraq aviabazasına qarşı ikinci hücum dalğası həyata keçirilib. Bildirilib ki, zərbələr nəticəsində F-18 qırıcılarının yerləşdiyi məntəqələr və ABŞ ordusuna məxsus iri hərbi texnika anqarları hədəfə alınıb.
İnqilab Keşikçiləri, həmçinin ABŞ-ın İrana qarşı “düşmənçilik hərəkətləri” dayandırılana qədər Hörmüz boğazının bağlı qalacağını bəyan edib.
SEPAH ABŞ hərbi bazalarına zərbələrin “qəti qələbəyədək” davam etdiriləcəyini də bildirib.
İran, SEPAH, ABŞ hərbi bazaları