İspaniya universitetlərindən bir qrup alim selfi çəkən insanların ölən və ağır yaralananlarının sayı ilə bağlı birgə araşdırma aparıb.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, məlum olub ki, 2008-ci ildən selfi zamanı ümumilikdə 433 nəfər ciddi xəsarət alıb və onların 379-u dünyasını dəyişib.
Bu göstəriciyə görə dünya lideri də müəyyənləşdirilib. Birinci yerdə selfi zamanı 26 faiz hadisə ilə Hindistandır.
İkinci sırada ABŞ-dır. Bu ölkədə 2008-2021-ci illərdə selfi çəkənlərin 10 faizi ölüb. Rusiya 13 ilin göstərisinə görə, 8,7 faiz ölümlə üçüncüdür.
Ölənlərin orta yaş həddi 24,4-dür. Selfi zamanı ölümlərin daha çoxu hündürlükdən düşmə nəticəsində qeydə alınıb.