Sel fəlakətində 22 nəfər öldü
24 avqust 2021 06:27 (UTC +04:00)

Sel fəlakətində 22 nəfər öldü

ABŞ-ın Tenessi ştatında şiddətli yağışların səbəb olduğu seldə itkin düşənlərin sayı 50-ni ötüb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, həftəsonu baş verən fəlakətdə azı 22 nəfər həyatını itirib.

Bildirilib ki, gözləniləndən üç dəfə çox yağan yağışın yaratdığı sel yolları, telefon və elektrik xətlərini sıradan çıxarıb.

Təcili yardım əməkdaşları hər evi tək-tək gəzərək, zərərçəkənlərə kömək etməyə çalışırlar.

Seldə ölənlərdən ikisi yeddi aylıq əkiz uşaqlar olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1236
avatar

Oxşar yazılar