Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Mark ikinci övladlarının dünyaya gəlməsini gözləyirlər.
Lent.az xəbər verir ki, bu barədə ailəyə yaxın olan mənbələr xəbər verib.
“Təsdiq edə bilərik ki, Arçi böyük qardaş olacaq. Sasseks hersoqu və hersoginyası ikinci övladını gözlədiklərinə görə çox xoşbəxtdirlər”, - deyə cütlüyün nümayəndəsi “People” jurnalına və “Sky News” telekanalına bildirib.
Cütün gələcək övladı Britaniya kraliçası II Elizabetin 12-ci nəticəsi olacaq. Onların birinci övladı Arçinin isə təxminən 2 yaşı var.