Ukraynada Rusiya ordusuna məxsus daha iki hərbi təyyarə vurulub.
Lent.az xəbər verir ki, bu barədə Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib.
Onun sözlərinə görə, Rusiyaya məxsus iki təyyarə aprelin 13-ü Xarkov vilayətində məhv edilib.
Vurulan təyyarələrin daha əvvəl Xarkov vilayətinin yaşayış məntəqələrinə hücum etdiyi bildirilir.