Rusiyada saxta spirtdən ölənlərin sayı 21-ə çatdı - YENİLƏNİB-1
08 oktyabr 2021 20:58 (UTC +04:00)

Rusiyada saxta spirtdən ölənlərin sayı 21-ə çatdı - YENİLƏNİB-1

Rusiyanın Orenburq vilayətində saxta alkoqoldan zəhərlənmə nəticəsində ölənlərin sayı 21-ə çatıb.

Lent.az bildirir ki, bu barədə “REN TV” xəbər verib.

Telekanalın verdiyi məlumata görə, daha 25 nəfər zəhərlənib, onlardan 23-ü hələ xəstəxanadadır. Zəhərlənənlərdən ikisinin vəziyyəti son dərəcə ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, ötən gün Orenburq vilayətinin bir neçə yaşayış məntəqəsinin sakinləri saxta spirt içdikdən sonra zəhərləniblər. İlkin versiyaya görə, spirt Orsk şəhərində Vokzalnoe şosesi küçəsindəki ticarət və satınalma məntəqəsindən satılıb. Oradakı anbarda axtarış aparılıb və axtarış zamanı hüquq-mühafizə orqanları əməkdaşları içərisində naməlum spirt olan mayenin töküldüyü 0,5 litr həcmli 1279 şüşə və polimer şüşə aşkar ediblər. Bütün konteynerlərdə lazımi qeydlər aparılmayıb.

Hadisənin araşdırılması ilə İstintaq Komitəsinin mərkəzi aparatı məşğul olur.

***

Saat 12:21

Rusiyanın Orenburq vilayətində saxta alkoqollu içkidən ölənlərin sayı 20 nəfərə çatıb, daha 16 nəfər xəstəxanaya yerləşdirilib.

Lent.az xəbər verir ki, onlardan bir neçəsinin vəziyyəti ağırdı.

Artıq baş verənlərlə bağlı 3 nəfər həbs olunub.

***

Saat 03:21

Rusiyanın Orenburq vilayətində saxta alkoqollu içdikdən ölənlərin sayı 11 nəfərə çatıb, daha 4 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 2-nin vəziyyəti ağırdır.

Lent.az APA-ya istinadla xəbər verir ki, bu barədə yerli hökumətin mətbuat xidməti məlumat yayıb.

Ölənlərin qanında metanol maddəsi tapılıb. Həkimlərin açıqlamasına görə, aşkar edilən metanol ölümcül dozadan dəfələrlə çox olub. 

Hadisə ilə əlaqədar Orenburq vilayətinin qubernatoru Denis Pasler bölgəsinin ərazi rəhbərləri ilə təcili toplantı keçirib. Qubernator əhaliyə qanunsuz alkoqollu içkilərin alınmasının və qəbul edilməsinin yolverilməzliyi barədə məlumat verməyi tapşırıb. 

Faktla bağlı cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3363
avatar

Oxşar yazılar

Dünyanın ən böyük  çiyələyi

Dünyanın ən böyük çiyələyi

27 iyul 2024 , 12:50
MDB ölkələrindən birində terror törətmək  istəyən tutuldu

MDB ölkələrindən birində terror törətmək istəyən tutuldu

27 iyul 2024 , 10:20
Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42