RUSİYADA AĞIR QƏZA:  sürücülər hadisə yerində keçindi
17 aprel 2021 03:11 (UTC +04:00)

RUSİYADA AĞIR QƏZA: sürücülər hadisə yerində keçindi

Rusiyanın Tver bölgəsinin Kalininski rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA TASS-a istinadən xəbər verir ki, hadisə Tver-Rjev yolunun 12-ci kilometrliyində baş verib.

Polisin yaydığı ilkin  məlumata görə, 3 avtomobil bir-birinə çırpılıb. 

“Hyundai Solaris” markalı maşın ötmə əməliyyatı edərkən, “VAZ-2106” markalı avtomobillə toqquşub.

Hərəkətdə olan “Lada Priora” avtomobilinin sürücüsü “VAZ”ın onun üzərinə gəldiyini görən an yayınmağa çalışsa da, alınmayıb. Nəticə toqquşma qaçılmaz olub.

Hadisə zamanı “Hyundai”ın və “VAZ”ın sürücüləri hadisə yerində dünyasını dəyişib.

Hadisənin başvermə səbəbləri dəqiqləşdirilir.

# 1290
avatar

Oxşar yazılar