Rusiya-Ukrayna müharibəsi nə vaxt bitəcək?  - AÇIQLAMA
02 may 2022 00:55 (UTC +04:00)

Rusiya-Ukrayna müharibəsi nə vaxt bitəcək? - AÇIQLAMA

0

Moskva Ukraynada xüsusi hərbi əməliyyatın başa çatması üçün müddəti mayın 9-na qədər süni şəkildə uyğunlaşdırmayacaq.

Lent.az TASS-a istinadən xəbər verir ki, bunu İtaliyanın “Mediaset” televiziya şirkətinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Hərbçilərimiz süni şəkildə öz hərəkətlərini heç bir tarixə, o cümlədən Qələbə Gününə uyğunlaşdırmayacaqlar. Biz həmişə olduğu kimi 9 Mayı da təntənəli şəkildə qeyd edəcəyik”,- deyə Lavrov bildirib.

Onun sözlərinə görə, Ukraynada xüsusi hərbi əməliyyat ilk növbədə mülki əhali və Rusiya hərbçiləri üçün hər hansı risklərin minimuma endirilməsi zərurətindən asılı olaraq dəyişir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3071

Oxşar yazılar