“Rouz” fırtınası Qərbi Afrika istiqamətində irəliləyir
20 sentyabr 2021 04:13 (UTC +04:00)

“Rouz” fırtınası Qərbi Afrika istiqamətində irəliləyir

0

Atlantik okeanında meydana gələn “Rouz” tropik fırtınası Qərbi Afrika istiqamətində irəliləyir.

APA xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Müşahidə Mərkəzi məlumat yayıb.

Küləyin sürəti 18 m/s-dən çoxdur. Fırtınanın Qərbi Afrikanın Kabo-Verde dövlətindən 595 km aralıda olduğu bildirilir. 

Qeyd edək ki, "Rouz" fırtınası Atlantik okenda 2021-ci il mövsümü ərzində sayca 17-ci təbiət hadisəsidir. 

Qasırğa mövsümü Atlantikda iyunun əvvəlindən noyabrın sonuna qədər altı ay müddətinə davam edir.

Məlumat üçün bildirək ki, küləyin sürəti təxminən 17.5 m/s-ə çatdıqda fırtına hesab olunur. Lakin küləyin sürəti 33 m/s və ya daha çox olduqda fırtına qasırğaya çevrilir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1393

Oxşar yazılar