“Rospotrebnadzor”un iki əməkdaşı rüşvət aldığına görə həbs olunub.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Moskvanın Savyolovskiy Məhkəməsi paytaxtın Şimal inzibati dairəsi üzrə Baş dövlət sanitar həkiminin müavini Viktoriya Zotovanı və kommunal-məişət təyinatlı obyektlərə nəzarət üzrə qrupun başçısı Stanislav Tomilovu böyük miqdarda rüşvət aldıqlarına görə həbs edib.
Onların hər ikisi barəsində 29 mart 2021-ci il tarixinə qədər həbs qətiimkan tədbiri seçilib.
Qeyd olunub ki, məhkəmənin qərarı ilə adıçəkilən şəxslərlə birlikdə “Ekologiya” sınaq laboratoriya mərkəzinin başçısı Aleksandr Malyutin də həbs olunub. Onun “Rospotrebnadzor” əməkdaşlaırna rüşvət verdiyi bildirilib.