Robotlar insanlara meydan oxuyur  — Pekində minlərlə humanoid robot yarışdı
28 avqust 2026 08:38 (UTC +04:00)

Robotlar insanlara meydan oxuyur — Pekində minlərlə humanoid robot yarışdı

0

Çində keçirilən Dünya Humanoid Robot Oyunlarında 2 mindən çox robot müxtəlif idman növlərində yarışıb.

Lent.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

Humanoid robotlar qaçış, futbol, stolüstü tennis və digər yarışlarda iştirak ediblər. Tədbirin əsas məqsədi robotların real dünyada hərəkət, koordinasiya və qərarvermə imkanlarını nümayiş etdirməkdir.

Yarışların ən çox diqqət çəkən hissələrindən biri 100 metrlik qaçış olub. Robotlar bu məsafədə insan atletlərin nəticələrinə yaxınlaşan, hətta bəzi hallarda onları üstələyən göstəricilər nümayiş etdiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 152

Oxşar yazılar