Aruka Cuma
19 mart 2021 18:43 (UTC +04:00)

Aruka Cuma

Qəbilənin ana dilində danışan sonuncu nümayəndəsi COVID-dən öldü

Bu həftə Amazon Cuma qəbiləsinin son nümayəndələrindən biri olan Aruka Cumanın, fevral ayında Braziliyanın şimalındakı səhra xəstəxanasında koronavirusdan öldüyü məlum olub. 

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, ehtimal olunur ki, onun yaşı 85 ilə 90 arasında idi.

O, qəbilənin ana dilində səlis danışan sonuncusu idi. Üç qızı qalıb, Uru-Eu-Vay-Vay qəbiləsinin nümayəndələri ilə evli idir və Cuma dilində səlis danışa bilmirlər.

Aruka Cuma fevralın əvvəlində xəstəxanaya aparılıb. Xəstəxanaya çatmaq üçün iki saat qayıqla, daha sonra maşınla 120 kilometr yol getməli olub.

Cuma qəbiləsi bir vaxtlar 15 min nəfərdən ibarət idi, lakin 20-ci əsrdə öz torpaqlarından qovulub və demək olar ki, tamamilə məhv edilib. 2020-ci ilə qədər qəbilənin yalnız beş üzvü sağ qalmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1932
avatar

Oxşar yazılar