Qazaxıstan Prezidenti Kasım-Jomart Tokaev hökumətin istefaya göndərilməsinə dair sərəncam imzalayıb.
Lent.az-ın xəbərinə görə, Baş nazir vəzifəsinin icrası baş birinci müavini Alixan Smayilova həvalə olunub. Sənəddə göstərilir ki, hökumət üzvləri yeni kabinet formalaşanadək vəzifələrinin icrasını davam etdirəcəklər.
Hökumətdəki mənbələrin xəbərinə görə, Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini postuna prezident administrasiyasının rəhbəri Murat Nurtle gətirilib.