Bu gün Avropa birjalarında noyabrdan sonra ilk dəfə 1000 kub.m qazın qiyməti ilk dəfə 800 dollardan aşağı düşüb.
Lenşt.az-ın məlumatına görə, Avropa birjalarında hazırda qazın qiyməti 796 dollar civarındadır.
Gün ərzində qazın qiyməti 22 faiz azalıb.
Xatırladaq ki, keçən həftə qazın qiyməti rekord səviyyədə - 2 dəfə azalıb.
Xatırladaq ki, dekabrın 21-də soyuqlar və Avropanın qaz anbarlarında ehtiyatların anomal səviyyədə azalması fonunda qazın qiyməti 2000 dolları ötmüşdü. Növbəti gün ABŞ-dan Avropaya sıxılmış qaz daşıyan tankerlərin sayının 3 dəfə artması barədə xəbərlər fonunda qazın qiyməti düşməyə başlamışdı.