“Qadın sünnəti”nə qarşı çıxan  XANIM YAZIÇI VƏFAT ETDİ
21 mart 2021 20:56 (UTC +04:00)

“Qadın sünnəti”nə qarşı çıxan XANIM YAZIÇI VƏFAT ETDİ

Misirli yazıçı və qadın hüquqlarının müdafiəçisi Nəval əs-Səadvi vəfat edib.

APA TASS-a istinadən xəbər verir ki, 89 yaşlı yazıçının son vaxtlar səhhətindən problemlər var idi. 

Qeyd edək ki, ixtisasça psixiatr olan Nəval əs-Səadvinin əsərləri 20-dən çox dilə tərcümə edilib. 

O, bir sıra mükafatlara layiq görülüb. 2015-ci ildə xanım yazıçı “Nobel”in Ədəbiyyat nominasiyası üzrə mükafatına namizəd göstərilmişdi. 

Nəval əs-Səadvi feminist yazar kimi də məşhur idi. Xüsusilə, bir sıra Afrika ölkələrində  ənənvi “qadın sünnəti”nə qarşı kəskin çıxışları ilətanınırdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2742
avatar

Oxşar yazılar