Qadın satıcının səhvinə görə 2 milyon dollar  uddu
19 fevral 2025 17:45 (UTC +04:00)

Qadın satıcının səhvinə görə 2 milyon dollar uddu

ABŞ-da bir qadın satıcının səhvi sayəsində 2 milyon dollar qazanıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Virciniya sakini Kelli Lindsey satıcının səhvi sayəsində 2 milyon dollarlıq lotereya uduşu qazanıb. 

Qadına kassada istədiyi bilet əvəzinə ayrısı təklif olunub. Onun istədiyi bilet isə səhvən başqa müştəriyə satılıb. Bu da onu narazı salıb. Ancaq qoruyucu təbəqəni siləndə və baş mükafatı qazandığını biləndə onun əsəbi tez bir zamanda sevincə çevrilib.

Uduşlarını illik ödəniş kimi almaq əvəzinə, Lindsey birdəfəlik pul götürməyi seçib. Vergilərdən sonra o, 1,25 milyon dollar alacaq.

Kelli uduşları həyatını yaxşılaşdırmaq və ömürlük arzularını gerçəkləşdirmək üçün istifadə etməyi planlaşdırdığını söyləyib. Bundan əlavə, pulun bir hissəsini bank hesabına köçürəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1418

Oxşar yazılar