“Rusiya Prezidenti Vladimir Putinə koronavirusa qarşı peyvənd vurulub”.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov bildirib ki, hazırda dövlət başçısı özünü yaxşı hiss edir və sabah onun üçün tam iş günüdür.
Mətbuat katibi Putinin hansı dərmanı istifadə etdiyini açıqlamayıb. O əlavə edib ki, Kreml prezidentin peyvənd olunması ilə bağlı foto və video yaymayacaq: “Dövlət başçısı onsuz da rus peyvəndlərinin təbliği üçün çox işlər görür”.