"Putin danışıq üçün ukraynalılara yalvarmalıdır" - Kikabidze -  VİDEO
17 yanvar 2023 19:37 (UTC +04:00)

"Putin danışıq üçün ukraynalılara yalvarmalıdır" - Kikabidze - VİDEO

Yanvarın 15-də 84 yaşında vəfat edən əfsanəvi gürcü aktyoru, müğənnisi, ssenaristi, rejissoru və bəstəkarı Vaxtanq Kikabidze Rusiya prezidenti Vladimir Putin üçün Ukraynada müharibəyə son qoymaq üçün “ən yaxşı” variantı açıqlayıb.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, O, bunu rusiyalı jurnalist Kseniya Sobçaka müsahibəsində səsləndirib.

Kikabidze bildirib ki, Rusiya prezidentinin sağ qalması üçün yeganə şans Ukrayna prezidenti ilə danışıqlar masasına əyləşməkdir.

“Əgər Zelenski və Ukrayna danışıqlara razı olsalar, bu, onu ölümdən xilas edə bilər. Çünki danışıqlar hamıya göstəriləcək. Mən bilirəm ki, Moskva, Rusiya onların nədən danışdıqlarını görəcək",  - aktyor deyib.

O, həmçinin qeyd edib ki, əgər Putin ağıllı adam olsaydı, o, artıq ukraynalılara danışıqlar üçün yalvarardı.

Kikabidze fikrini belə yekunlaşdırıb: "Əgər o, ziyalı adamdırsa və mən buna çox şübhə edirəm, o, danışıqlar istəməli, Zelenski ilə əl sıxıb evə getməlidir. Bütün Rusiya bunu yüksək qiymətləndirəcək".

Xatırladaq ki, Kikabidze Rusiyanın Ukraynaya qarşı başladığı müharibədə Ukraynanı qızğın şəkildə dəstəkləyib və Ukrayna Silahlı Qüvvələrinə pul da bağışlayıb.
 

Kikabidze Ukraynada müharibəyə son qoymağın ən yaxşı yolunu açıqlamışdı

# 1581
avatar

Oxşar yazılar