Rusiya dövlət başçısı Vladimir Putin 2024-cü ildə keçiriləcək seçkilərdə prezidentliyə namizəd olub-olmayacağı ilə bağlı qərar verməyib.
Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.
“Xeyr”, - prezidentin mətbuat katibi müvafiq suala cavab verib.
Bundan əvvəl keçmiş baş nazir Sergey Stepaşin Rusiya prezidenti Vladimir Putinin 2024-cü ildə keçiriləcək seçkilərdə iştirakının mümkünlüyünü dəyərləndirib. O qeyd edib ki, “həmişə ölkənin lideri ola bilməzsən”, lakin hələlik Putin vəzifəsində qalmalıdır.
İyulda Kremlin sözçüsü Dmitri Peskov dövlət başçısının 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakı ilə bağlı suala cavab verməyib. Vladimir Putin öz növbəsində bildirib ki, onun yeni müddətə seçilmək hüququnun olması faktı Rusiyada vəziyyəti sabitləşdirəcək. Bununla belə, o əlavə edib ki, seçkilərdə namizəd olub-olmayacağına hələ qərar verməyib.