Sankt-Peterburqda küçələrdən birinə Vaqner PMC-nin rəhbəri Yevgeni Priqojinin adının verilməsi təklif olunub.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, bu təklifi Dövlət Dumasının Liberal Demokrat Partiyasından olan deputatı Vasili Vlasov irəli sürüb. O, müvafiq postu şəxsi Telegram kanalında yerləşdirib.
Vlasovun sözlərinə görə, Priqojin “əsl qəhrəman” olub və onun Rusiya Federasiyasının müxtəlif sahələrinə verdiyi töhfələr silinməz iz qoyub.
“Ona görə də inanıram ki, Priqojinin şərəfinə Sankt-Peterburqda bir küçənin adının dəyişdirilməsi onun əməyinin və xidmətlərinin layiqincə tanınması olacaq”, - deyə deputat yazıb.
Vlasov deyib ki, o, artıq Sankt-Peterburqun Zolnaya küçəsinin Vaqner PMC rəhbərinin şərəfinə dəyişdirilməsi xahişi ilə məktub göndərib.