ABŞ prezidenti Co Baydenin Balidə dünya liderləri ilə keçirdiyi görüş başa çatıb.
Lent.az xəbər verir ki, görüşdən sonra Bayden jurnalistlərə bildirib ki, Polşaya düşən raketin Rusiyadan atılması barədə xəbərlər mübahisəlidir.
ABŞ prezidenti həmçinin bildirib ki, NATO-ya üzv olan ölkələrin nümayəndələri Polşa məsələsi ilə bağlı təkrar görüşəcəklər.
***
05.59
ABŞ prezidenti Co Bayden və digər dünya liderləri Polşaya düşən raketlə bağlı məşvərət keçiriblər.
Lent.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.
Görüşün təfərrüatları açıqlanmır.